Axtarış...

Avtobusda cibgirliklə məşğul olan şəxslər tutuldu

Avtobusda cibgirliklə məşğul olan şəxslər tutuldu


04.03.2018-ci il tarixində təxminən saat 09:30 radələrində paytaxtın 20 yanvar metro stansiyasından “Sədərək Ticarət Mərkəzi”nə gedən “211” saylı sərnişin daşıyıcı avtobusda Şəki rayonu Baş Şabalıd kənd sakini Gülüyeva Gülafət Ağasəf qızının əl çantasının içərisində, 1007.00 (bir min yeddi) manat məbləğdə pul olan pul kisəsi cibgirlər tərəfindən götürülmüşdür. Vətəndaş Gülüyeva Gülafət Ağasəf qızı DİN-in “102” qaynar xətt xidmətinə zəng edərək, məlumat verdikdən sonra, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları hadisə yerinə gələrək, baxış keçirmiş, zərərçəkmiş şəxsi və onun yanında olan qohumlarının da ərizəsini və ifadəsini aldıqdan sonra, sərbəst buraxmışdır. 06.03.2018-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən, cinayətkarlar tutuqlanmışdır. Əlavə olaraq, bildiririk ki, həmin gün digər şəxslərin də, içərisində 350.00 (üç yüz əlli) manat pul və özünəməxsus digər sənədlər olan pul kisəsini də, eyni istiqamətdə hərəkət edən “211” saylı sərnişin daşıyıcı avtobusda oğurlanması barədə məlumatımız oldu. Cinayətkarlar Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilərək, zərərçəkmiş şəxslər də, dəvət olunaraq, üzləşmə prosesi keçmişdir. Üzləşmə zamanı, həmin şəxslər törətdiyi cinayət əməlini etiraf etdikdən sonra, zərərçəkmiş şəxs Gülüyeva Gülafət Ağasəf qızı sərbəst buraxılmışdır. İstintaq Qaradağ RPİ-nin İB-də davam edir.


Daha çox xəbər

Şərh yaz