Zaqatalada 4-cü sinif şagirdi intihar etdi

Zaqatalada 4-cü sinif şagirdi intihar etdi


Zaqatalada 4-cü sinif şagirdi intihar edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin 4-cü sinif şagirdi idi.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət