Prezident Müdafiə Nazirliyinə tapşırıq verdi – Fərman

Prezident Müdafiə Nazirliyinə tapşırıq verdi – Fərman


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Ftv.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət