Axtarış...

Azərbaycan həkimlərindən uğurlu əməliyyat

Azərbaycan həkimlərindən uğurlu əməliyyat


ATU-nun III cərrahi xəstəliklər kafedrasında 81 yaşlı ağır xəstənin mədəsindəki perifriotrik dəlik uğurla tikilib

ATU-nun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin (ATU) III cərrahi xəstəliklər kafedrasında ağır xəstə üzərində 3 saat davam edən əməliyyat uğurla başa çatıb. Əməliyyatı icra edən III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun sözlərinə görə, 81 yaşlı xəstə ağır peritonitdən əziyyət çəkirmiş: “Xəstə 5 il öncə xəstəxanaların birində açıq ürək əməliyyatı keçirib. 10 gün öncə əməliyyat olunduğu klinikaya müraciət edərək, qarın nahiyyəsində ağrılardan şikayət edib. 3 gün xəstə ağır vəziyyətdə saxlanılıb. Belə ki, 81 yaşlı kişi ağır peritonitdən, yəni mədə xorasının deşilməsindən əziyyət çəkirmiş. Bu xəstə qanın durulaşması üçün dərmanlar qəbul etdiyinə görə medikamentoz perforasiya baş verib - mədəsi deşilib”.


Daha çox xəbər

Şərh yaz