Axtarış...

MSK bu gün İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiriləcək iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxacaq.

APA-nın məlumatına görə, məsələ MSK-nın bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib. YAP fevralın 23-də İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını MSK-ya təqdim edib.

Ana səhifəSiyasətDaxili siyasət27 Fevral 2018 / 15:59

MSK bu gün İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxacaq
Messenger ilə
abunə ol Telegram ilə
abunə ol AA+A-
msk bu gun ilham eliyevin namizedliyinin qeyde alinmasi meselesine baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiriləcək iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxacaq.

APA-nın məlumatına görə, məsələ MSK-nın bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib. YAP fevralın 23-də İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını MSK-ya təqdim edib.

Seçki Məcəlləsinə əsasən MSK sənədlər qəbul edildikdən sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir

Şərh yaz