"Bakıya bundan sonra qar yağmayacaq" - AMEA-dan qorxulu XƏBƏRDARLIQ

"Bakıya bundan sonra qar yağmayacaq" - AMEA-dan qorxulu XƏBƏRDARLIQ


"Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlıdır. Bundan sonra belə olacaq".


Bunu APA-ya Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, planetin qlobal temperaturu yüksəlir: "Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur. Bunların fəsadlarını həyatımızda mənfi hiss edirik. Qar özü ilə bərəkət gətirir. Başqa tərəfdən, mikroblar ölür, xəstəliklər azalır. Eyni zamanda, qarın yağması yuxarı dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur, insanlar ondan istifadə edirlər. Bütün bunlar olmayacaq. Qlobal istiləşmə təbii ki, insan sağlamlığında mənfi təsirlərini də göstərəcək".
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət