Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama

Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama

“Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzinin bahalaşması birbaşa digər sahələrdə qiymət artımına səbəb olmayacaq”.

Millitv.az Informasiya Agentliyi xəbər verir ki , Bunu “Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, logistika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən istehsal sahələrində istifadə olunan daşımalarda “Aİ-95” və “Aİ-98” markalı benzinlərdən istifadə edilmir: “Yəni bu logistika xərclərinə aid deyil. Sadəcə, bu artım ondan xəbər verir ki, gələcəkdə buna bənzər addımlar davamlı şəkildə gedə bilər. Əgər “Aİ-92” markalı benzinin sonra isə dizelin qiymətində də dəyişiklik olarsa o zaman bu ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərə bilər. Beləliklə də, bütün sahələrdə qiymət artımı baş verə bilər. Çünki daşınma xərclərinin kənd təsərrüfatında maya dəyəri 20-30 faiz təşkil edir”.


Millitv.az
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət