Putin və Ərdoğan Suriya məsələsini müzakirə etdilər

Putin və Ərdoğan Suriya məsələsini müzakirə etdilər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər.
Millitv.az “Report” istinadən xəbər verir ki, iki ölkə lideri arasında müzakirələr telefon söhbəti zamanı baş tutub.
Tərəflər müxtəlif istiqamətlər üzrə Rusiya-Türkiyə münasibətlərinin hazırkı inkişaf səviyyəsindən razılıqlarını bildiriblər.
"Suriya problemi üzrə ətraflı fikir mübadiləsi zamanı Astana prosesi çərçivəsində görülən birgə iş müsbət qiymətləndirilib", - deyə məlumatda qeyd oluunub.

Prezidentlər 2017-ci ilin oktyabr ayının sonlarında Astanada Suriya ilə bağlı növbəti görüşün keçirilməsi perspektivlərini müzakirə ediblər. Dövlət başçıları həmçinin Suriyada vəziyyətin nizamlanması üzrə gələcək səylərin əlaqələndirilməsi məsələlərinə toxunublar.


Millitv.az
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət