Prezidentdən ipəkçiliyin inkişafı ilə bağlı — SƏRƏNCAM

Prezident İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidentdən ipəkçiliyin inkişafı ilə bağlı — SƏRƏNCAM


Millitv.az sərəncamda qeyd olunur ki, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması, tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli sərəncamına əsasən nazirliyə ayrılmış vəsait hesabına 1,05 milyon manat, o cümlədən tut (çəkil) tinglərinin alınmasına 775 min manat, barama toxumlarının alınmasına 275 min manat sərf etsin.

Kənd Təsərrüfatı Nazirliyi tədarük olunan tut (çəkil) tinglərinin və barama toxumlarının, şəhər və rayonlarda tələbat nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin edəcək; bu sərəncama uyğun olaraq, tut (çəkil) tingləri və barama toxumlarının əvəzi ödənilmədən paylanıldığı məhsul istehsalçıları, habelə şəhər və rayonlarda bu ting və toxumlara tələbat barədə məlumatı Azərbaycan Prezidentinə təqdim edəcək.


Millitv.az
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət