Əli Kərimli terrorçularla və baş kəsənlərlə iş birliyinə girir

Bu gün Qafqaz xəbər agentliyinin yazarı Sənan Məmmədli siyasi baxışlarıyla həmişə radikal mövqeydə dayanan AXC və Milli şura təmsilçilərinin iç üzünü çıxararaq ortaya qoymuşdur. Jurnalistin araşdırmasında məlum olur ki özlərini müxalifət adlandıran quvvələr hakimiyətə gəlmək üçün terrorçularla baş kəsənlərlə hətda erməni separatçılarıylada iş birliyinə hazırdılar.


Əli Kərimli terrorçularla və baş kəsənlərlə iş birliyinə girir

Millitv.az Qafqazxəbərin yazarı Sənan Məmmədli araşdıraraq ortaya çıxardığı faktları izləyicilərinin diqqətinə çatdırır.

Çox vaxt qeyri-ciddi saytları oxucu toplamaq üçün ağızlarına gələni yazmaqda qınayırıq. İndi isə məlum olur ki, bu axırıncı yola təkcə ucuz jurnalistlər yox, ucuz siyasətçilər də əl atırlarmış. Fərq ondadır ki, onların məqsədi sayta “ay-pi” deyil, mitinqə adam toplamaqdır. Metodlar isə eynidir.

Milli Şuranın sonuncu mitinqinə gələn adam sayının əvvəlkilərdən xeyli az olmasının səbəblərindən biri də dindarların zəif iştirakı idi. Həqiqətən də, bu dəfə “Məhsul”da saqqalı kişilər və çadralı qadınlar əvvəlkilərlə müqayisədə az gözə dəyirdilər. Bunun səbəbləri bir neçədir; amma ən əsası budur ki, AXCP sədri Əli Kərimli mitinq ərəfəsində siyasiləşmiş dini kütləni idarə edən mərkəzlərlə razılığa gəlmədiyi üçün, onlar öz adamlarını “Məhsul”a göndərməmişdilər.

Amma meydana az adam çıxırsa, bu, o deməkdir ki, mitiqin təşkili üçün gələn pullar da azala, hətta kəsilə bilər. Ona görə də, AXCP sədri özünə xas siyasi işbazlıqla növbəti mitinqi elə planlaşdırıb ki, itirdiyi dindar auditoriyanı yenidən geriyə qaytara bilsin.

Bu məqsədlə, əvvəla, mitinqi Məhərrəm ayına salıb, ikincisi isə, aksiyaya çağırış məqsədilə hazırlanan elanlarda “dini məhbus” kimi qələmə verdikləri şəxsləri xüsusilə qabardıb.

Əli Kərimli terrorçularla və baş kəsənlərlə iş birliyinə girir

Amma bu zaman Əli Kərimli olduqca ciddi bir xəta buraxıb. Belə ki, Kərimlinin mitinqə çağırış planına adlarını yazdığı dindarların bir qismi qatı şiə radikallarıdır. Tale Bağırzadə, Ruhulla Axundzadə, Hacı Zülfüqar və digərləri bu sıraya aiddirlər. Amma Eldəniz Məmmədovun adını ora əlavə etməklə Əli Kərimli özünü möhkəm “yandırıb” ki, bu, heç şübhəsiz, ona olduqca baha başa gələcək.

Kimdir bu Eldəniz Məmmədov? Bunu bilmək istəyirsinizsə, “İnstagram” sosial şəbəkəsində “abu_cihadddd” adlı profilə daxil olun. Orada tipik bir İŞİD terrorçusunun şəkillərini görəcəksiniz. Bax, həmin şəxs Eldəniz Məmmədovdur!

Əli Kərimli terrorçularla və baş kəsənlərlə iş birliyinə girir


Bəli, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq, cinayət məsuliyyətinə cəlb edilən 38 yaşlı Eldəniz Məmmədov “siyasi məhbus”, “vicdan məhbusu”, “din məhbusu” yox, məhz və konkret terrorçudur! O, şiə müsəlmanları da kafir, yolunu azmış sayan və qətlini vacib hesab edən İŞİD terror təşkilatının ideologiyası uğrunda savaşıb, qan töküb.

İŞİD-in əsas düşmən kimi gördüyü məzhəblərdən biri məhz şiəlikdir. Buna görə də, İŞİD yarandığı gündən bölgədəki şiə dövlətlər və şiə ideologiyasını daşıyan qruplaşmalar daim bu terror təşkilatı ilə mübarizə aparıblar. İŞİD-in əsas qurbanları da elə hansısa abstrakt “kafirlər” deyil, şiə müsəlmanlar olub.

Ona görə də, bir İŞİD terrorçusunun adını Nardaran hadisələrinə görə həbs olunan şəxslərlə eyni sıraya yazmaqla Əli Kərimli birmənalı olaraq, həm şiə dindarların, həm də onların bağlı olduğu mərkəzlərin ciddi qəzəbinə tuş gələcək. Bu, qaçılmazdır.

Həm də, təkcə onların yox: özünü normal, sivil siyasətçi kimi qələmə verən şəxs hansı məntiqlə İŞİD terrorçusunu “siyasi məhbus” kimi təqdim edərək, mitinqə adam toplamalıdır? Nə vaxtdan bəri Azərbaycan müxalifəti terrorçunun müdafiəsi üçün mitinq keçirən olub?

Əli Kərimli terrorçularla və baş kəsənlərlə iş birliyinə girir

Terrorun çox həssas məsələ olduğu müasir dünyanın siyasi konyunkturasında bu, dəhşətli səhvdir. Bəlkə də səhv deyil ortada ayrı məqsədlər var… Bütün hallarda, bu addım Əli Kərimliyə olduqca baha başa gələcək. Çünki böyük ehtimalla, təkcə şiə mərkəzləri yox, Qərbdəki bəzi dairələr də bundan sonra İŞİD terrorçusunu müdafiə edən şəxslə işləmək iştəməyəcəklər.

Əli Kərimli terrorçularla və baş kəsənlərlə iş birliyinə girir

Qafqaz Xəbər Agentliyi Sənan Məmmədlilin araşdırması.

Millitv.az
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət