Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü

Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü


Millitv.az Prezident Administrasiyasının rəhbəri Ramiz MehdiyevBakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Görüşdə dini ekstremizm və terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa nəzər yetirilib.

Məsləhətləşmələrin yekununa dair fikirlərini açıqlayan N. Patruşev bildirib ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev isə beynəlxalq informasiya təhlükəsizliyi sahəsindəki vəziyyətdən narahatlığını ifadə edib. O qeyd edib ki, bəzi ölkələr informasiya sahəsində dünyaya öz maraqlarına uyğun oyun qaydalarını yeritməyə çalışır: "Bu üzdən də dünya birliyinin səylərini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində münaqişələrin qarşısının alınmasına, digər ölkələrin daxili işlərinə qarışmamasına yönəltmək lazımdır”.



Millitv.az
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət