Eks-prezident üçün rekord məbləğ - 1 milyon dollar...

Eks-prezident üçün rekord məbləğ - 1 milyon dollar...


ABŞ-ın eks-prezidenti Barak Obamanın illik xərcləri üçün dövlət büdcəsindən 1 milyon dollardan artıq vəsait ayrılacaq.

Metbuat.az bildirir ki, Obama ailəsinin 2018-ci ildəki xərcləri vergi ödəyiclərinə 1.153 milyon dollara başa gələcək.

Beləliklə Obama keçmiş ABŞ prezidentləri arasında, illik xərclərinə ən çox vəsait xərclənən şəxs olacaq. Müqayisə üçün qeyd edək ki, keçmiş prezident böyük Corc Buşun xərcləri üçün büdcədən 942 min dollar, Cimmi Karter üçün 456 min dollar ayrılıb.

Bu pullar ofislərin kirayəsinə və digər xərclərə yönəlib. Lakin keçmiş liderlərin təhlükəsizliklərinin qorunması üçün ayrılan ödəmlər bu məbləğə daxil deyil.

Qeyd edək ki, Obama üçün Vaşinqtonda 760 kvadratmetrlik ofisin icarəsi vergiödəyicilərinə 536 min dollara başa gələcək. Obamanın illik təqaüdü isə dövlətə 236 min dollara başa gəlir.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət