Lənkəranda prezidentin sədrliyi ilə respublika müşavirəsi keçirilib - YENİLƏNİB

Lənkəranda prezidentin sədrliyi ilə respublika müşavirəsi keçirilib - YENİLƏNİB


Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, “Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman Abdullayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış ediblər.
Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.
Daha sonra Prezident İlham Əliyev müşavirə çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub. İqtisadiyyat naziri Şahin Mustafayev sərgi barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, burada yerli çay və çəltik əkini və emalı, sitrus meyvələrinin, meyvə-tərəvəzin yetişdirilməsi və arıçılıq ilə məşğul olan sahibkarlıq subyektləri məhsullarını nümayiş etdirirlər. Ümumilikdə, sərgidə çayçılıq, çəltikçilik, sitrus meyvəçilik və arıçılıq üzrə 13 yerli müəssisənin 100-dən çox çeşiddə məhsulu nümayiş olunur. Prezident İlham Əliyevə Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə də məlumat verilib.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət