QƏTLİAM: Dünyanın gözü Arakandadır - 3 günə 3 min müsəlman öldürüldü

QƏTLİAM: Dünyanın gözü Arakandadır - 3 günə 3 min müsəlman öldürüldü


Myanmanın Arakan əyalətində bir neçə gün ərzində 3 minə yaxın müsəlman qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "Təhlükəsizlik əməliyyatı" zamanı öldürdüyü müsəlmanlarla yanaşı, 100 mindən çoxu insan evlərini tərk etməyə məcbur olub. Myanmada davam edən münaqişə ilə əlaqədar Banqladeşə qaçmağa çalışan Rohinca müsəlmanlarını daşıyan qayığın batması nəticəsində isə azı 20 nəfər ölüb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmadakı qətliamla bağlı BMT-nin baş katibinə zəng vuraraq, böhranın dərinləşməsinin qarşısının alınması üçün səy göstərməyin vacibliyini vurğulayıb.

“Hər qətliam zamanı onların torpaqları mənimsənir”.

Bunu Metbuat.az-a açıqlamaMetbuat.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“Arakanda törədilənlər əhalinin cəmi 2%-ni təşkil edən müsəlmanların soyqırımının həyata keçirilməsidir. Dini etiqada görə müsəlmanlara qarşı bu cür hərəkətlərin həyata keçirilməsi dəhşət doğurur. Problem əsasən İkinci Dünya müharibəsindən sonra qlobal xarakter alıb. Dünyanın məsələyə reaksiyası istənilən səviyyədə deyil. Məsələ təcili şəkildə BMT TŞ-na (Təhlükəsizlik Şurası) çıxarılmalıdır. Roma papası vəhşətə qarşı susmaq mövqeyi nümayiş etdirir. Buddizmin əsas ölkəsi olan Çin baş verənlərə biganədir. İslam Əməkdaşlıq Təşkilatı soyqırıma münasibət nümayiş etdirməlidir. Yalnız Kamboca törədilənləri soyqırım adlandırıb".
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət