Məktəb bufetlərində acınacaqlı durum - Görün uşaqlara nə satırlar...

Məktəb bufetlərində acınacaqlı durum - Görün uşaqlara nə satırlar...


Yeni dərs ilinin başlamasına az müddət qalıb. Məktəb bufetlərinin vəziyyəti isə aktuallığını saxlayır.

Metbuat.az xəbər verir ki, Azərbaycanın 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə xidmət göstərən bufetlərdə demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar da satılır. Demək olar ki, hər tədris ilində 3-4 orta məktəbdə kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar KİV-də işıqlandırılır.

2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldığından, bufetlərin də bir növ “əl-qolu" açılıb.

“Məktəb bufetləri hazırda məktəb direktorları ilə sahibkarların biznes qurumu kimi fəaliyyət göstərir”.

Bunu Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün 3 il əvvəl standartlar yaradıb. Bufetlərdə enerji içkilərinin, çipsilərin satışı qadağandır. Məktəb bufetləri əksər hallarda sahibkarlara icarəyə verilir. Övladlarının zəhərlənmə faktı ilə qarşılaşan valideynlər hüquqlarının qorunması məqsədilə İqtisadiyyat Nazirliyinin 498- 05-04 nömrəli "qaynar xətti"nə zəng vurub, bu haqda məlumat verə bilərlər”.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət