Gələn aydan intihar halları arta bilər, bilirsiniz niyə? - "Mövsümi depressiya"

Gələn aydan intihar halları arta bilər, bilirsiniz niyə? - "Mövsümi depressiya"


Hava dəyişkənliyi psixologiyamıza da təsir edir.

Metbuat.az xəbər verir ki, bu özünü xüsusilə gənclər arasında özünəqapanma, cəmiyyətdən uzaqlaşma, depressiv hallar şəklində büruzə verir.

Qış aylarında günlərin qısa olması və gün işığıyla təmasın azalması səbəbi ilə beyində melotonin səviyyəsi artarkən, serotonin səviyyəsi düşür. Melotonin yuxululuğu artırır, serotoninin azalması isə halsızlıq, yorğunluq, istəksizlik kimi əlamətlərə səbəb olur.

“Gün işığı insanı depressiv vəziyyətdən çıxaran ən böyük faktorlardandır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

“Mövsümi depressiyalar mövsümün dəyişməsi ilə bağlı insanda yaranan depressiv hal, vəziyyətdir. Fəsil dəyişdikdə həssas insanların əhvalları da dəyişməyə başlayır. Əsəb pozuntuları ilə təsnif edilən mövsümi depressiya əsasən yaz və payızda olur. Yazda havanın işıqlanması, payızda isə tez qaralması ilə insanda depressiv hal yaranır. Məhz bu səbəbdəndir ki, ekvatora yaxın ərazilərdə yaşayan xalqlarda intihar halları az olur. Əksinə, ekvatordan uzaq məsafədə yaşayan xalqlarda isə (Şimali Avropa ölkələri, Kanada) intihar halları çox olur. Payızın gəlməsi ilə əlaqədar həssas insanlarda depressiv vəziyyətin yaranması gün işığının azalması, istirahətin düzgün şəkildə təşkil edilməməsi, qarşıya qoyulan məqsədə çatmama, bir sözlə, gözləntilərin həyata keçməməsi ilə bağlıdır. İnsan sabaha nə qədər nikbin baxarsa, depressiyaya düşmə ehtimalı da bir o qədər az olar”.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət