Toyda əri ilə dalaşan qadının DƏHŞƏTLİ SONU - MEYİTİNİ 5 YAŞLI QIZI TAPDI

Toyda əri ilə dalaşan qadının DƏHŞƏTLİ SONU - MEYİTİNİ 5 YAŞLI QIZI TAPDI


Dünən Salyan rayonunun Xıdırlı kəndində 31 yaşlı qadının özünü asaraq intihar etməsi hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, anasının evinin hamam otağında özünü asaraq həyatına son qoyan Göyüşova Kəmalə İkram qızı ailəli olub və 5 yaşlı qızı varmış. Xıdırlı kənd Ərazi Nümayəndəliyində xadimə işləyən qadının ailəsində həyat yoldaşı ilə tez-tez münaqişələr baş verirmiş. Əri onu döydüyü üçün təxminən 10 gün əvvəl Kəmalə Göyüşova 102-yə zəng edərək polisdən kömək də istəyib. Daha sonra isə o, anasının evinə qayıdıb.

Dünən isə kənd sakinlərindən birinin həyətində keçirilən toy mərasimində Kəmalə əri ilə rastlaşıb və orada onlar arasında münaqişə baş verib. Həyat yoldaşının insanların arasında onu təhqir etməsinə dözməyən qadın daha sonra evə gələrək özünü asıb. Onun meyitini 5 yaşlı qızı aşkarlayıb.

Qeyd edək ki, intihar edən qadının həyat yoldaşı Bakıdakı ixtisaslaşmış zavodlardan birində çalışır.

Faktla bağlı Salyan rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.



*****


10:01



Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib.

APA-nın yerli bürosunun xəbərinə görə, 1984-cü il təvəllüdlü Həmidov Hüseyn Maarif oğlu bu gün səhər yaşadığı evin həyətində özünü kəndirlə asıb. İntiharın səbəbi məlum deyil.

Fakt üzrə rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

H. Həmidov 1 uşaq atası idi.

Qeyd edək ki, Hüseyn Həmidov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun bacısı oğludur.

Bundan başqa Salyanda da intihar hadisəsi baş verib. Lent.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzindən 40 kilometr aralıda yerləşən Xıdırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 31 yaşlı Kamalə İkram qızı Göyüşova yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət