Müharibə təhlükəsi: Ermənilər təmas xəttinə qoşun yığır - AÇIQLAMA

Müharibə təhlükəsi: Ermənilər təmas xəttinə qoşun yığır - AÇIQLAMA


Son günlər sosial şəbəkələrdə Ermənistanın işğal olunmuş Dağlıq Qarabağda, həmçinin cəbhəyanı ərazilərdə ağır hərbi texnika və canlı qüvvə sayını artırması ilə bağlı informasiyalar yayılıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirir ki, bunun əsas səbəblərindən biri Azərbaycan tərəfini narahatlıqda saxlamaq və cəmiyyətə təsir göstərməkdir:

“Ermənistan ordusunun Dağlıq Qarabağda manevr hərəkətləri bizim Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Baş verə biləcək hər hansı bir təxribatın qarşısı ordumuz tərəfindən alınacaq. Bu, birmənalıdır. Amma Ermənistan ordusunun belə bir vaxtda manevrlərinin çoxalması, cəbhə bölgəsində şəxsi heyətlərinin sayının artırılması narahatedicidir. Bu, sadəcə qoşunların yerini dəyişmək və döyüş hazırlığını yoxlamaq məqsədi daşıyır. Bundan başqa, yayın sonlarına yaxın orduda döyüş hazırlığının yoxlanılması ilə bağlı müəyyən təlimlər keçirilir. Hesab edirəm ki, bu, həmin tədbirlərə aiddir. Ermənistan qoşunlarının yerdəyişməsi, Dağlıq Qarabağ ərazisində qoşunlarının sayının artırılması bununla bağlıdır. Həmçinin, Ermənistan ötən il baş verən hadisələrdən sonra Dağlıq Qarabağdakı ağır hərbi texnika və şəxsi heyətin sayını kəskin şəkildə artırıb. Bunun da səbəbi müdafiə xəttində mövqeləri gücləndirmək, lazım gələrsə hücum əməliyyatı keçirmək üçündür. Azərbaycan isə bu prosesi nəzarət altında saxlayır, qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçirirlər”.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət