Ən parlaq 15-ci ulduzun görüntüsü əldə olunub

Ən parlaq 15-ci ulduzun görüntüsü əldə olunub


Astronomlar səmadakı ən parlaq 15-ci ulduz sayılan Antaresin tam şəkildə təsvirini əldə etməyi bacarıblar.

Metbuat.az-ın məlumatına görə, Çili və Almaniyadan olan astronomlar “Scorpius” ulduz qrupu içərisindəki ən parlaq, ən uzaq, qırmızı rəngli ulduz Antaresin atmosferindəki maddə sürətinin də xəritəsini çıxarıblar. Ulduz Yer kürəsindən 554 işıq ili uzaqdadır.

İlk dəfə Günəşdən kənar bir ulduzun maddə sürətini xəritələşdirən astronomlar Antaresin xarici atmosferində gözlənilməz hərəkətlilik olduğunu aşkar ediblər.

Şimalı Çili katolik Universitetindən olan tədqiqatçı qrupu ulduzun atmosferindəki qaz hərəkətlərini birbaşa müşahidə etmək üçün Avropa Cənubi Rəsədxanasının teleskopundan istifadə ediblər. Tədqiqatçılar ilk dəfə Günəş xaricində bir ulduzun ikiölçülü sürət xəritəsini yaradıblar. Astronomlar Antaresdə gözləniləndən daha uzaqda dalğalı, aşağı gərginlikli qaz aşkarladıqlarını da bəyan ediblər.

Antaresin diametri Günəşin diametrindən 700 dəfə çoxdur.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət