“Qarabağ”ın ev oyunlarını keçirəcəyi məkan müəyyənləşdi

“Qarabağ”ın ev oyunlarını keçirəcəyi məkan müəyyənləşdi


Bu il ölkəmizi “Qarabağ”ın əsas komandası ilə yanaşı 19 yaşlıları da Çempionlar Liqasında təmsil edəcək.

Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, Rəşad Sadıqovun başçılıq etdiyi kollektivin ev oyunlarını harada keçirəcəyi bəlli olub.

“Atlılar” rəqiblərini əsas komandanın Premyer Liqada ev oyunlarını keçirdiyi stadionda- “Azərsun Arena”da qəbul edəcək. Bu haqda məlumatı Futbol11.az saytına açıqlamasında klubun mətbuat katibi Nurlan İbrahimov verib.

Qeyd edək ki, “Qarabağ”ın 19 yaşlıları da əsas komandada olduğu kimi “Çelsi”, “Atletiko” və “Roma” ilə qarşılaşacaq.
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət