Məşhur aktyor keçmiş sevgilisi tərəfindən öldürüldü !

Məşhur aktyor keçmiş sevgilisi tərəfindən öldürüldü !


Türkiyənin məşhur aktyor və aparıcısı Vətən Şaşmaz İstanbul Beşiktaşda yerləşən lüks bir oteldə keçmiş sevgilisi Filiz Aker tərəfindən öldürülüb. Aker daha sonra eyni silahla özünü alnından vuraraq intihar edib.

Məşhur aktyor keçmiş sevgilisi tərəfindən öldürüldü !


Beşiktaşda lüks bir oteldə axşam saat 20.00 radələrində silah səsləri eşidilib. Otağa girən otel işçiləri, məşhur aparıcı və aktyor Vətən Şaşmazın qapı önündə cəsədini tapıb. Otaqda həmçinin onun keçmiş sevgilisi olduğu iddia edilən keçmiş manken Filiz Akerin də cəsədi tapılıb.

Məşhur aktyor keçmiş sevgilisi tərəfindən öldürüldü !


Hadisənin təfərrüatları da qısa müddətdə ortaya çıxıb. Verilən məlumata görə Vətən Şaşmaz ilə Filiz Aker "Conrad" oteldə axşam saatlarında görüşüblər. Əvvəcə otelə Filiz Aker gəlib. Ondan 3 dəqiqə sonra da Vətən Şaşmaz otağa daxil olub.

Onların arasında qısa müddət sonra mübahisə çıxıb. Mübahisə zamanı Filiz Aker, otaqdan çıxmaq istəyən Vətənə arxasından 4 dəfə atəş açıb. Güllələrdən üçü onun kürəyinə, biri də boynuna dəyib. Aker daha sonra da eyni silahı alnına dayayaraq tətiyə basıb. Hər ikisi hadisə yerində həyatını itirib.

Silah səsini eşidən otel işçiləri otağının qapısını sındıraraq içəri girib və qorxunc mənzərə ilə qarşılaıblar.

Məşhur aktyor keçmiş sevgilisi tərəfindən öldürüldü !


Hər ikisinin cəsədi tibbi ekspertizaya göndərilib. Araşdırmalar davam edir.

Qeyd edək ki, məşhur aparıcı 2 il əvvəl Yasəmən Adalı ilə ailə həyatı qurub. Hal-hazırda Yasəmən Adalı 4 aylıq hamilədir.

Məşhur aktyor keçmiş sevgilisi tərəfindən öldürüldü !


Məşhur aktyor keçmiş sevgilisi tərəfindən öldürüldü !



Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət