“Barselona” 20 yaşlı futbolçuya 105 milyon ödədi - Rəsmi

  • 26-08-2017, 12:20
  • idman
  • 155
“Barselona” 20 yaşlı futbolçuya 105 milyon ödədi - Rəsmi


Neymarı 222 milyon avroya PSJ-yə satan “Barselona”, onun boşluğunu Usman Dembele ilə dolduracaq.

“Qafqazinfo” xəbər verir ki, Kataloniya təmsilçisi Dortmund “Borussiya"sının 20 yaşlı hücumçusunu 105 milyon avroya transfer edib.

Yaxın günlərdə Dembele ilə 5 illik müqavilə imzalanacaq.

“Barselona” klubu gənc futbolçunun müqaviləsinə xüsusi maddə də qoyub. Belə ki, Dembeleni 5 il ərzində başqa klub transfer etmək istəsə 400 milyon avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, Usman Dembele 2016-cı ildə 15 milyon avro qarşılığında “Renn”dən “Borussiya"ya keçmişdi.
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət