Azərbaycanda dəhşətli quldurluq: ev sahibini öldürüb, arvadını ölümcül hala saldı

Azərbaycanda dəhşətli quldurluq: ev sahibini öldürüb, arvadını ölümcül hala saldı


Abşeronda dəhşətli qətl törədilib.

APA-nın məlumatına görə, hadisə iki gün əvvəl rayonun Saray qəsəbəsi, "Üzümlük" adlanan ərazidə qeydə alınıb.

Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Z. Sərxanova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib, və o saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət