Bayram Kürdəxanılını maşın vurub öldürdü - YENİLƏNİB

Bayram Kürdəxanılını maşın vurub öldürdü - YENİLƏNİB


Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

APA-nın xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil onu vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.


***** 03.24

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb. Lent.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Fakt araşdırılır
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət