"Rabitə işi" üzrə məhkəmədə hökm oxundu - Vidadi Zeynalova 13 il HƏBS - YENİLƏNİB

"Rabitə işi" üzrə məhkəmədə hökm oxundu - Vidadi Zeynalova 13 il HƏBS - YENİLƏNİB


Rabitə Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi.

Lent.az-ın Bakı Ağır Cinayətlər Məhkəməsindəki müxbirinin verdiyi xəbərə görə, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədov 10 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

"Aztelekom"MMC-in sabiq direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova 5 il 7 ay cəza verilib və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlığa buraxılıb. 2 il sınaq müddəti nəzərdə tutulub.

Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova isə 5 il 5 ay cəza verilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlığa buraxılıblar. 2 il sınaq müddəti nəzərdə tutulub.




****

Bu gün Vidadi Zeynalov və digərlərinə hökm oxunur

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə başa çatır.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə prosesdə hazıra hökm oxunur.
2 günlük müşavirədən sonra hakimlər kollegiyası hökmü elan edir.

Hökm 480 səhifədir. Bu gün bəzi təqsirləndirilən rabitəçilərin azadlığa çıxması da gözlənilir.

Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət