Günün kösöv etdiyi fəhlələr: Onların hüquqları necə qorunur? - Əməyin mühafizəsi...

Günün kösöv etdiyi fəhlələr: Onların hüquqları necə qorunur? - Əməyin mühafizəsi...


Havanın tempraturunun qalxması açıq havada çalışan insanların iş şəraitini xeyli ağırlaşıdırır. Xüsusən də, tikinti, yol infrastruktrunun salınmasında çalışan fəhlələrin.

Onların çoxu işlərini itirməkdən qorxduğu üçün çox vaxt hüquqlarının müdafiəsindən çəkinir. Maraqlıdır, bununla bağlı qanun nə deyir?

Məsələyə münaisbət bildirən hüquqşunas Vüqar Səfərli bildriib ki,əmək fəaliyyəti zamanı əməyin mühafizəsi təşkil olunmalıdır:

“Onların işi təhlükəsiz əməyin prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir. Günün qızmar saatlarında işləmək onların sağlamlığına birbaşa təsir göstərdiyi üçün bu hal təhlükəsizlik əməyin qaydalarına ziddir. İşçilər elə bir problemlər yaşayarlarsa, məsələni gəlib araşdırmaları üçün Əmək Müfəttişliyi Xidmətinə bildirməlidirlər. Araşdırılma aparıldıqdan sonra işləmə vaxtı müəyyən olunmalıdır. Müqavilələrdə çox vaxt iş saatı ümumi göstərilir. Bunun qarşısını almaq üçün tədbir görmək lazımdır. İş şəraiti işçilərin sağlamlığına ciddi şəkildə təhlükə törədirsə, burada müvafiq komissiya təşkil olunmalı, rəy verilməli və həmin saatlarda fəhlələrin işdən kənarlaşdırılması məsələsi işəgötürəndən tələb edilməlidir”.
Oxşar xəbərlər
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət