Dollar kəskin bahalaşa bilər (PROQNOZ)

Dollar kəskin bahalaşa bilər (PROQNOZ)


Rusiyada ABŞ dollarının məzənnəsinin qısa müddətdə dar diapazonda dalğalanması proqnozlaşdırılsa da, artıq payızda məzənnənin 65 rubla qədər yüksələcəyi gözlənilir.

"Report" xəbər verir ki, belə bir proqnoz "RİA Novosti" agentliyinin analitiklər arasında apardığı sorğunun nəticələri əsasında formalaşıb. Ekspertlər bildiriblər ki, dolların məzənnəsinin yüksəlməsinə əsas səbəb geosiyasi risklərin artması amilidir.

"Nordea Bank"ın analitiki Denis Davıdov bildirib ki, hazırda vergi ödənişləri dövrü və neft qiymətlərinin nisbətən yüksək səviyyəsinə baxmayaraq, dolların məzənnəsi möhkəmlənir. Buna səbəb kimi ekspert ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların böyük ehtimalla yaxın zamanlarda Prezident Donald Tramp tərəfindən imzalanacağı amilini göstərib. Davıdov qeyd edib ki, Amerika biznesinin xahişlərinə baxmayaraq, energetika sektoruna, xüsusilə də "Şimal axını-2" layihəsinə sanksiyalar qüvvədə saxlanılıb.

"VTB24"-ün analitiki Aleksey Mixeyevin fikrincə, payız aylarında mövsümi amillər səbəbindən neftə tələbat azalacaq və qiymətlər aşağı enəcək ki, bu da dolların məzənnəsini 63-65 rubla qədər artıra bilər.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət