Qəfil dünyasını dəyişən Əməkdar artistin oğlu: Atam son sözünü deyə bilmədi

Qəfil dünyasını dəyişən Əməkdar artistin oğlu: Atam son sözünü deyə bilmədi

Xəbər verdiyimiz kimi, bu səhər Əməkdar artist Telman Əliyev qəfil dünyasını dəyişib.

Millitv.az Yenicag.az-a istinadla xəbər verir ki, aktyorun oğlu Vüqar Əliyev atasının ölümündən danışıb.

“Neçə vaxt idi ki, müalicə alırdı, vəziyyəti yaxşı idi. Dünən halı pisləşdi, həkimə apardıq. Bu səhər heç danışa, son sözünü deyə bilmədi. Həkimlər deyir ki, ölümünə səbəb ürəyi olub”.

Oğlunun sözlərinə görə, yas mərasimi evlərində baş tutacaq. Mərhum ya Bakıda, ya da doğulduğu Gəncədə torpağa tapşırılacaq.

Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.

Allah rəhmət eləsin!

Millitv.az
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət