Azərbaycanlı oriental rəqqasə ayaqlarına qəsd etdi - VİDEO

Azərbaycanlı oriental rəqqasə ayaqlarına qəsd etdi - VİDEO

Peşəkar oriental rəqqasələr arasında adı birincilərdən olan Kama Səfərəliyeva çəkdirdiyi yeni klipi ilə gündəmə damğasını vurdu. Saytımıza açıqlama verən Kama, təqdim etdiyi ekran işinin detalları barəsində oxucularımızı belə məlumatlandırdı: "Sənətdə olduğum 10 il ərzində daim çalışmışam ki, rəqslərimlə həmkarlarımdan fərqlənim. Daim çalışmışam ki, seçdiyim bu sənətdə kimisə təkrarlamayım.
Klip çəkdirdiyim ərəb mahnısına da rəqsi özüm qurmuşam. Başda rejissor Elvin İsmanlı olmaqla, operator
Orxan İslamova, eləcə də "Fotomaniya" prodakşının bütün əməkdaşlarına təşəkkür edirəm. Çəkilişlərin əsas hissəsi Novxanı və Masazırda yerləşən duz gölündə aparılıb. Ən həyacanverici məqam isə studiyada yaşandı. Mən qırıq şüşələrin üzərində rəqs etdim. Şüşə üzərində oynamaq təlimini keçsəm də hər an ayaqlarım xəsarət ala bilərdi. Canıma qəsd etdim, amma nəticəsi gözəl oldu. Ümidvaram ki, izləyicilər çəkdiyimiz zəhmətə yüksək qiymət verəcək".

İddialı açıqlamalar edən Rəqqasə onu da vurğuladı ki, ekran işində geyindiyi libasların eskizini özü hazırlayıb. Kamanın saç düzümü El Stilə, "makeup"ı Günel Axunodovaya məxsusdur.



Azərbaycanlı oriental rəqqasə ayaqlarına qəsd etdi - VİDEO
Azərbaycanlı oriental rəqqasə ayaqlarına qəsd etdi - VİDEO
Azərbaycanlı oriental rəqqasə ayaqlarına qəsd etdi - VİDEO
Azərbaycanlı oriental rəqqasə ayaqlarına qəsd etdi - VİDEO
Azərbaycanlı oriental rəqqasə ayaqlarına qəsd etdi - VİDEO
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət