"Son Söz" qəzetinin Milli Qurtuluş gününə həsr olunmuş tədbiri

"Son Söz" qəzetinin Milli Qurtuluş gününə həsr olunmuş tədbiri


14 iyun tarixində Son Söz ictimai-siyasi hüquq qəzeti Qurtuluş günü münasibətilə tədbir keçirdi. Tədbirdə qəzetin redaksiya heyəti, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbiri əvvəlcə giriş sözü ilə tədbirin aparıcısı Rövşən Qasımov açaraq, tədbirin iştirakçılarını bayram münasibətilə təbrik etdi. O, bildirdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.

Daha sonra çıxış edən redaksiya rəhbərləri qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub. Həmin dövrdə respublikada inkişaf edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Qəzetin baş redaktoru Elman Həsənov və təsisçisi Natəvan Mehdiyeva da öz çıxışlarında bir zamanlar ölkəmizdə cərəyan edən böhranların Ümummili lider Heydər Əliyevin rəhbərliyi ilə necə aradan qaldırılmasından danışdı.

İşgəncələrə qarşı Azəarbaycan Komitəsinin sədri Elşad Həmidov da bu cür tədbirlərin əhəmiyyətindən danışdı. Tədbirin sonunda "Sülhün təbliği fondu" və "Son Söz" qəzeti redaksiyası tərəfindən Milli Qurtuluş gününün əhəmiyyəti ilə bağlı apardıqları təbliğatda fərqləndiklərinə görə bir qrup şəxsə diplomlar təqdim olundu.

Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət