Vahid Ələkbərov: Gələcəkdə neftin qiymətinin kəskin artımından ehtiyatlanırıq

Vahid Ələkbərov: Gələcəkdə neftin qiymətinin kəskin artımından ehtiyatlanırıq

“İndiki vəziyyətdə neftin ucuzlaşması yalnız birjalarda möhtəkirlərin mövcudluğu ilə izah oluna bilər”.

Millitv.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bunu “LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib: “Biz hesab edirik ki, yaranmış vəziyyətin səbəbkarları möhtəkirlərdir. Neft bazarı böyüməkdədir, biz Avropa bazarında neft məhsullarının satışını 4% artırmışıq.

Paralel olaraq, Amerika bazarı da böyüyür, ehtiyatlar azalma nümayiş etdirir. Belə olduğu halda, qiymətlər stabilləşməli və ya artmalıdır. Qiymətlər isə azalır ki, bu da möhtəkirlərin mövcudluğundan xəbər verir. Qiymətlərin azalması onların lehinədir. Lakin biz gələcəkdə neftin qiymətinin kəskin artımından ehtiyatlanırıq. Bizə stabillik lazımdır”.

Qeyd edək ki, hazırda dünya birjalarında neft ucuzlaşmaqdadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 43,50 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,11% azalaraq 45,97 dollar olub.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət