Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO


Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən “Muğam televiziya müsabiqəsi - 2017” yekunlaşıb.

Fonddan Millitv.az-a verilən məlumata görə, üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.

İyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib. Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində 7 xanəndə - Nurlan Namazov, Səma Sultanova, Valid Abdullayev, Rəvanə Əmiraslanlı, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov ifalarını təqdim ediblər.

Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.

Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. Münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-Pri mükafatına layiq görülüb. Gənc xanəndə Pərviz Qasımov müsabiqədə birinci yeri qazanıb. Xanəndəyə həm də “Tamaşaçı alqışı” mükafatı təqdim olunub. İkinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri tutublar.

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO

Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb – FOTO


Millitv.az
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət