Səhnəmizin ilk peşəkar qadın müğənnisinin anım günüdür – FOTO

Səhnəmizin ilk peşəkar qadın müğənnisinin anım günüdür – FOTO


Bu gün Azərbaycanın ilk peşəkar qadın müğənnisi Şövkət Məmmədovanın vəfatından 36 il ötür.

Millitv.az xəbər verir ki, Məmmədova Şövkət Həsən qızı 18 aprel 1897-ci ildə Tiflisdə, kasıb pinəçi ailəsində dünyaya göz açıb.

Atası Şövkətin musiqiyə qarşı olan istəyini hiss edir, milyonçu Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.

Ş.Məmmədova 1911-ci ildə H.Z.Tağıyev və həyat yodaşı Sona xanımın yardımı ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Ş.Məmmədova Rusiyaya qayıtmalı olur. O, təhsilini Tiflis musiqi məktəbində davam etdirir.

Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan pul Ş.Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün xərclənməli idi.

Səhnəmizin ilk peşəkar qadın müğənnisinin anım günüdür – FOTO


Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirir. Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Üzeyir Hacıbəyovu öldürmək qərarına gəlirlər, ancaq hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər.

1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olur. Elə həmin ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana gedib, burada məşhur müğənni D.Ambroziodan dərs alıb (ikinci dəfə Milanda 1927-29 illərdə olub). 1917-1921 illərdə Kiyev Konservatoriyasında oxuyub, burada R.Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ edib.

Səhnəmizin ilk peşəkar qadın müğənnisinin anım günüdür – FOTO


Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-1925-ci illərdə direktoru olub) açılıb, not nəşriyyatı təsis edilib. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta (“Traviata”, C.Verdi) partiyasında çıxış edib, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olub.

Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olub. 2 dəfə “Lenin” ordeni, 2 dəfə "Qırmızı Əmək Bayrağı" və “Şərəf nişanı” ordenləri ilə təltif edilib.

O, 8 iyun 1981-ci ildə Bakıda dünyasını dəyişib.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət