Tramp: ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir

Tramp: ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir

“ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır”.

Millitv.az-ın APA-ya istinadən məlumatına görə, bu sözlər ABŞ prezidenti Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda əksini tapıb.

D.Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir: “Azərbaycanın inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm”.

ABŞ lideri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu da qeyd edib: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir”.

Millitv.az
Oxşar xəbərlər
«    Июль 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət