Nazir prezidentin işdən çıxartdığı qudasına vəzifə verdi

  • 13-07-2016, 12:26
  • gundem
  • 148
Nazir prezidentin işdən çıxartdığı qudasına vəzifə verdi
Göyçay Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mübariz Ağayev yeni vəzifəyə təyin olunub.

MİLLİTV.az "Report"a istinadən xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini təyin edilib.

M.Ağayev nazirliyin Texniki siyasət şöbəsinin müdir
müavini vəzifəsində çalışacaq.

M.Ağayev 2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.

MİLLİTV.az Az xatırladır ki, Mübariz Ağayev kənd təsərüfatı naziri Heydər Əsədovun qudasıdır. Beləliklə, nazir prezidentin cəmi bir ay əvvəl işdən çıxartdığı qudasına yeni vəzifə verməklə onun işsiz günlərinə qoymuş oldu.

Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, Mübariz Ağayev işdən çıxarılandan sonra bunun öz istəyi olduğunu qeyd etmişdi. Səhhətində problemlərin olduğunu deyən keçmiş icra başçısı işdən azad olunması ilə bağlı prezidentdən xahiş etdiyini bildirmişdi. Maraqlıdı, bir ayda nə baş verdik ki, Mübariz Ağayevin səhhəti düzəldi və yenidən yüksək vəzifəyə təyinat aldı?

MİLLİTV.az
Oxşar xəbərlər
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət