Bakı Apellyasiya Məhkəməsinin işçisi atasını dilənçi vəziyyətinə saldı

Millitv.az Quba rayonundan redaksiyamıza müraciət edən Zulbalayev İkram Bakı Apeliyasiya Məhkəməsində şöbə müdüri əvəzi işləyən oğlu Zülbalayev Asim tərəfindən başına gətirilənləri geniş formada içtimayətin müzakirəsinə çıxarılmasına və bizim vasitəmizlə oğlu tərəfindən məruz qaldığı işgəncələrə onun haqq səsini Azərbaycan Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya çatdırılmasını artıq dərəcə xahiş edən İkram Zulbalayev oğlu tərəfindən başına gətirilənlərə hüquqi qiymətin verilməsinə köməklik göstərmələrini xahiş etdi.

Dəfələrlə redaksiyamıza gələn İkram Zulbalayev uzun illər (45 – il müddətində) Rusiya Fedarasiyasında geniş biznes imkanlarına sahib olduğunu və 2000 – ci ildən orada qazandığı böyük məbləğdə pulların hesabına doğulub boya - başa çatdığı Quba rayonunun 2 – ci Nügədi kəndində böyük Fermer təsərüfatı yaradmasına başlayır.

Bakı Apellyasiya Məhkəməsinin işçisi atasını dilənçi vəziyyətinə saldı

İkram Zulbalayev onuda bildirdi ki, Onun Rusiyanın Kovrov şəhərində 7 – hektara ərazisi olan böyük bir ticarət mərkəzinin sahibi olub. Ticarət mərkəzini idarə edilməsi işləri çətin olduğundan işinin başında dayanmaq məcburiyəti olduğu üçün . Çox qısa zaman ərzində Rusiyadan Azərbaycana gəldiyi vaxtlarda öz döğma kəndində yaratdığı böyük fermer təsərüfatının quruculuq işləri ilə tanış olurdu .Hər gələndədə gətirdiyi pulları vəsaitini böyük oğlu Zülbalayev Asimə tapşırmalı olur.

İkram Zülbalayev onuda xüsusilə vurğuladı ki ,hər gəldiyi müddətdə bu təsərüfatın yaradılması üçün 100 - min ABŞ dolları miqdarında olan pul vəsaitini oğlu Asimə veribdir. İkram Zülbalayev 2000 –ci ildən başladığı bu işə 2009 – cu ilə qədər olan vaxt ərzində 4 – millyon ABŞ dolları dəyərində pul vəsaitinin yatırdığını bildirdi.2009 – cu ildə Rusiyada sahib olduğu ticarət mərkəzi dövlət balansına keçdiyindən aldığı kompensasiyanıda həmən fermer təsərüfatının inkişafına yatıran İkram Zülbalayev.

2009 – cu ildən Rusiyada Topdan - satış ticarətiylə məşqul olmağa başlayır və 2015 – ci ilə qədər bu ticarətdən qazandığı pul vəsaitinidə yaratdığı Fermer təsərüfatının inkişafına yönəldir .

2015 – ci ilin avqust ayından birdəfəlik köçüb öz döğma kəndinə gələn İkram Zülbalayev oğlu Asim Zülbalayev tərəfindən aldadıldığını gördükdən aralarında çox böyük bir mübahisə yaranır.İkram Zubalayev aldadılmasının səbəbləri barədə bizə verdiyi açılamalarında əyər Bakı Apelasiya Məhkəməsində şöbə müdiri əvəzi işləyən oğlu Asim Zülbalayevin bu qədər nankor övlad olmasını bilsəydi bir qəpik belə bu təsərüfatın yaradılmasına xərc çəkməzdi fikirini ifadə etdi.

Bakı Apellyasiya Məhkəməsinin işçisi atasını dilənçi vəziyyətinə saldı

İkram Zülbalayev 2000 – ci ildən başlayan Fermer təsərüfatının quruculuğuna xərclədiyi pulların hesabını Rusiyadan qayıdıb ölkəsinə gələn sonra Bakı Apelasiya məhkəməsində işləyən oğlundan , bu illər ərzində yolladığı pulların hesabını soruşduqda oğlunun onu aldatdığını görür və verdiyi Baş Etibarnamədən Asim başqa məqsədlər üçün istifadə etdiyini şahidi olur .

Asimin bu illər ərzində Atasına ancaq saxta sənədləri göstərdiyini və saxta rəngli kağızlarda bütün təsərüfatın sənədlərinin güyamış İkram Zülbalayevin adına göstərildiyindən həmişədə oğluna etibar erdiyini bildirdi. Amma sonradan Bu işlərin üstü açıldıqdan sonra aydın olur ki , Asim atasına ancaq saxta sənədlərdə təsərüfatın Atasına məxsusluğunu bildirib. Əslində isə bütün təsərüfatın sənədlərini Asim həyat öz yoldaşının adına qeydiyatını aparır.

İkramın bildirdiyinə görə Asim onun Nabranda dəniz kənarında tikdirdiyi fərdi yaşayış evini böyük bir saxtakarlığ edərək özü - özünün adına bağışlanma edibdir. Atası Asimin dələduz əməlləri barədə danışanda onuda qeyd etdi ki , o hər bir şeyi məharətlə düşünərək həyata keçirib . Asim bütün əməllərində dələduzluğ faktlarının qeyd edən atası Asimin nəyinki təsərüfat sahəsinin qeydiyatını apararkən etdiyi saxtakarlıqdan, hətda sonradan 2009 - cu ilə qədər yaradılmış təsərüfatı və Quba rayonunda tikdirdiyi evləri qirov qoyaraq böyük məbləğdə götürdüyü kreditləri naməlum istiqamətdə xərclədiyindən demək olar ki ,bütün bu illər ərzində İkramın qurub yaratdığı əmlakların hamsı Bank girovluğuna düşübdür.

Bakı Apellyasiya Məhkəməsinin işçisi atasını dilənçi vəziyyətinə saldı

Atası Asimin əmlakları girov qoyaraq götürdüyü kreditlərin böyük hissəsini məşğuliyyəti olduğu qumar oynlarına və bundan savayı təsərüfardan gələn gəliri yaranmış borclara xərclədiyi fonu yaratmaqla bir oyun qurduğu üzündən Ata ilə oğul arasında başlanan məhkəmə çəkişmələri bu gündə davam edir.İkram başlanan məhkəmə prosesdərindən sonra oğlunun onu alçaldılmış sözlərlə təqqir etdiyini , Atanı doğma oğlu Asim tərəfindən dəlixanaya saldırmaq üçün plan cızdığı olan səs yazısınıda bizə təqdim etdi .

İkram Zülbalayev oğlu Asimin Bakı Apelasiya məhkəməsində şöbə müdüri əvəzi işləməsindən məharətlə istifadə etdiyini və bu səahiyyətindən istifadə edərək Atası ilə aralarında olan məhkəmə mübahisəsində bir çox qərardatları öz xeyrinə çıxarmağa nail ola bilib.Bu işdə ona uzun illərdir dostluq etdiyi Quba rayon İcra hakimiyyətunun Hüquq şöbəsinin müdüri işləyən Yasinov Hikmətin çox böyük köməklik göstəribdir .Hətda İkram Zülbalayev onuda bildirdi ki ,Oğlunun bu əməllərindən etdiyi şikayətlərə rəğmən Quba rayonunda başlanılmış araşdırma zamanı oğlunun dostu olan Yasinov Hikmətin verdiyi izahatda onun 70 – yaşlı bir insanın güyamış tüfeyli həyat tərzi keçirdiyimi və cəmiyyətə yaraşmayan hərəkətlər etdiyimi bildirib.

Yasinov Hikmətin mənim oğluma qarşı qaldırdığım bütün müraciətlərimin qarşısını almaqla oğlumdan bu işləri gördüyü üçün mənim qurub yaratdığım təsərufar sahəsinə özünə şərik etdirib.

Bakı Apellyasiya Məhkəməsinin işçisi atasını dilənçi vəziyyətinə saldı

İkram Zülbalayev bizim vasitəmizlə bir daha üzünü Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasinin Ali Məhkəməsinə, Bakı Apelasiya məhkəməsinə tutaraq Asim kimi qumarbaz nankor övladın, Atasının başına gətirdiyi bu oyunları istəməzdim işlədiyi Bakı Apelasiya məhkəməsində onun sahəsiylə bağlı olan insanların başına gətirsin fikirni bildirdi.

İkram Zülbalayev nankor oğlu tərəfindən bu gün dilənçi vəziyətinə salındığını üçün ,bu gün bir siqaret almağa belə möhtac olduğunu bildirdi. Sonda başına gələcək hər hansı bir əmələ görə Nankor oğlu Asimi günahkar bildiyini qeyd edən Ata ,nankor övladı tərəfindən zəhərləndirilərək öldürülməyindən qorxuduğ üçün Ən etibar etdiyi qohumlarımın evində bir qarın çörək yeməyə möhtac qalmasını acı göz yaşlarının axıdaraq qeyd etdi.

MİLLİTV.az saytının VİDEO SƏYFƏSİNDƏN İZLƏ.




Millitv.az
Oxşar xəbərlər
Nc nc nc

Bele ogul olar pula gore atasini delixanaya basdirir
15 may 2017 00:11
Ns ns ns ne deyek vallah
18 may 2017 23:02
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət