İcra başçısının sabiq müavini:MTN-də məni oğlumla hədələdilər

  • 29-04-2017, 14:47
  • gundem
  • 101
İcra başçısının sabiq müavini:MTN-də məni oğlumla hədələdilər Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslər arasında Xəzər rayon İcra Hakimiyyətinin başçısının müavini olmuş Ələkbər Heydərov da var.

Millitv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ələkbər Heydərov istintaq zamanı ifadəsində bildirib ki, 2001-ci ildən 2013-cü ilədək Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləyib: “2011-ci ilin may ayında icra başçısı Gülağa İslam MTN-in Antiterror Mərkəzinə dəvət olunduğumu bildirdi. O, çağırılmağımın səbəbini bilmədiyini, oraya gedərək öyrənməyimi istədi. Mən də nazirliyə getdim. Adını bilmədiyim bir nəfər məni qarşılayaraq Antiterror Mərkəzinə apardı”.
Ələkbər Heydərov bildirib ki, sonra onu Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin yanına aparıblar: "İlqar Əliyev bildirdi ki, Eldar Mahmudova məruzə olunmaqla çağırılmışam. O, saxta sərəncam verməklə torpaq sahələri satdığımı bildirdi. Mən ona da etiraz etdim, bu məsələyə adiyyətim olmadığını dedim. Həmin suallar üzrə bir neçə dəqiqə yenidən söhbət etdik. Mənə cavan oğlumun olduğunu dedi. Onun siqaret çəkib-çəkmədiyini, silahının olub-olmamasını soruşdu. Oğlumun maşınından silah və yaxud narkotik vasitə çıxa biləcəyini bildirdi, özümdən çox oğlumu nəzərə almağımı söylədi”.
İcra başçısının müavininin sözlərinə görə, daha sonra İlqar Əliyev əli ilə 5 rəqəmini göstərib, 500 min manat verməsini istəyib: “Həmin məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını dedim. İlqar Əliyev mənə hörmət etdiyini dedi, kağız parçasına 300 min manat yazdı, yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyimi istədi. Söhbət zamanı İlqar həmin pulun ona çatmadığını, pulun böyük hissəsinin nazir və idarə rəisinə veriləcəyini, ona az miqdarda pul qalacağını bildirdi. Bir gün ərzində həmin məbləği də düzəldə bilməyəcəyimi söylədim. Ondan mənə vaxt verməsini xahiş etdim. İlqar Əliyev pulu bir həftə sonra gətirməyimi istədi, bu barədə heç kəsə məlumat verməməyi tapşırdı. Mən də İlqarla razılaşdıqdan sonra oradan çıxdım”.
Zərərçəkmiş bildirib ki, həmin pulu tanışlarından borc alaraq bir həftə sonra İlqar Əliyevə verib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən İlqar Əliyev həbs olunduqdan sonra təcridxanada özünü asaraq intihar edib.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət