“Azər Türk Bank”müştərilərə yeni və daha ucuz ödəniş kartı təklif edir

“Azər Türk Bank”müştərilərə yeni və daha ucuz ödəniş kartı təklif edir “Azər Türk Bank” əməkhaqqı layihəsi çərçivəsində növbəti yenilik etdi.

Bank müştərilərinə “MasterCard Debet” növlü ödəniş kartı təqdim etməyə hazırdır. Ancaq yenilik təkcə bundan ibarət deyil.

Bu kartların satış qiymətləri əvvəllər istifadədə olan “Maestro” kartlarından daha sərfəli olacaq.

Bank “Maestro” kartlarının istifadəçisi olan müştərilərinə yeni kartları eyni şərtlərlə, amma daha ucuz qiymətlərlə təklif edir.

Yeni “MasterCard Debet” kartı “MC Maestro” kartından fərqli olaraq, tam funksionallı bir kart növüdür və onu ödəniş sistemi əhatə edən istənilən ölkədə həm nağd, həmdə nağdsız əməliyyatlar üçün məhdudiyyətsiz istifadə etmək mümkündür.

Xatırladırıq ki, “Azər Türk Bank”ın əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bakomatından vəsait çıxararkən komissiya tutulmur.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət