Sulutəpənin problemləri sakinlərin haqlı narazılığına səbəb olur

  • 27-04-2017, 11:39
  • gundem
  • 132
Sulutəpənin problemləri sakinlərin haqlı narazılığına səbəb olur
Bu gün Ruslan Allahverdiyev küçəsinin böyük bir dərdi, sağalmaz yaraları var

Sosial əhəmiyyət kəsb edən problemlər, zaman-zaman müzakirə olunan mövzulardan biri olub. Düzdür, ərazi baxımından əmələ gələn problemlərin özünəməxsus sərhədləri olsa da, istənilən halda ictimai fikirdə baş verənlərin daha çox vəzifə sahibi olanların adları ilə bağlanması danılmaz faktdır. Onu da vurğulamaq yerinə düşər ki, hər bir dövrün tələbinə uyğun müəyyən sosial əhəmiyyət kəsb edən problemləri olur. Amma, problemlərin həllinə cavabdehlik daşıyanların dövrün tələbinə uyğun addımlar atmamaları, onların daha çox ictimai qınaqla üz-üzə qalmalarına da səbəb olur.
Bəli, bu gün sosial əhəmiyyət kəsb edən problemlərin tüğyan etdiyi, amma hələ də həllini tapmadığı ərazilərdən biri də, Binəqədi rayonu Sulu-Təpə qəsəbəsinin Ruslan Allahverdiyev küçəsində yaşananlardır. Düzdür, ilk öncə çoxsaylı oxucularımız düşünə bilərlər ki, ilin-günün belə bir vaxtında adı çəkilən küçənin hansı problemləri var? Ona görə də yaşananların canlı şahidi olmaq üçün, ən azından həmin əraziyə baş çəkmək lazımdır ki, olub-keçənlər haqda lazımi məlumatları əldə etmək mümkün olsun.
Əvvəla onu qeyd edək ki, Ruslan Allahverdiyev küçəsi də çoxsaylı sakinlərin məskunlaşdığı küçələrdən biridir. Amma, bu gün adı çəkilən küçənin böyük bir dərdi, sağalmaz yaraları var. Çünki, küçə sakinlərinin mavi qazla təminatına problemlər yaradanları sakinlərin taleyi deyil, daha çox maddi maraqlarının təminatı düşündürür. Belə bir səbəblər üzündəndir ki, uzun müddətdən bəri Ruslan Allahverdiyev küçəsinin sakinləri mavi qaz problemi ilə üz-üzə qalmaqdadırlar. Düzdür, qeyd olunan ünvanda sakinlərin mavi qazla təminatı müəyyən qədər ödənilsə də, amma yetərincə deyil. Problemin həlli ilə bağlı Binəqədi rayon Qaz İstismarı İdarəsinin rəhbərliyinə ünvanlanan müraciətlər isə, sanki divara dəyib geri qaytarılır. Bu da onu söyləməyə əsas verir ki, baş verən olayların varlığına cavabdehlik daşıyanlar bilərəkdən bu cür addımlarını atırlar və çoxsaylı sakinləri çıxılmaz duruma da salırlar. Hətta elə hallar da olur ki, xəbərdarlıq edilmədən belə sakinlərə verilən mavi qaz təminatı gün ərzində dayandırılır və onların təminatları yalnız axşam çağlarında ödənilir. Belə olan halda elektrik enerjisindən istifadə etməyə məcbur olan sakinlər, atdıqları addımları ilə xeyli ziyana da düşürlər. Çünki, elektrik enerjisindən istifadəyə görə Tarif Şurasının müəyyən etdiyi limiti keçən sakinlər, belə bir yolla əlavə xərcə düşürlər.
Sulutəpənin problemləri sakinlərin haqlı narazılığına səbəb olur

Küçə sakinlərinin ən böyük problemlərindən biri də, küçədaxili yolların bərbad və darısqal olmasıdır. Uzun müddətdən bəridir ki, sakinlər aidiyyəti qurumlar qarşısında həyacan təbili çalırlar, problemlərinin həll olunmasını tələb edirlər. Çünki, hərəkətdə olan marşrut avtobuslarının sürücüləri, Ruslan Allahverdiyev küçəsinin yollarında hərəkətdə olarkən, döngələrindən dönərkən olmazın problemlərlə üz-üzə qalırlar.
Ümumiyyətlə, sosialyönümlü problemlərin varlığı yaşadığımız yaşadığımız cəmiyyətin ən böyük bəlasıdır. Çünki, bunların varlığı inkişafımızı ləngidir, vətəndaş narazılığının baş qaldırmasına səbəb olur, dövlət-hakimiyyət orqanlarına qarşı inamsızlıq hissinin və digər xoşagəlməz olayların əmələ gəlməsinə də səbəb olur. Buna görə də hər bir vəzifə sahibi üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışmalıdır ki, belə bir problemlər əmələ gəlməsin. Ümumi problemlərimizin həlli naminə, bir çox amillərin baş verməsinə cavabdehlik daşıyan şəxslərin qabaqlayıcı addımlar atması, yəqin ki, öz bəhrəsini verər.
Sulutəpənin problemləri sakinlərin haqlı narazılığına səbəb olur


RƏSAFİL BAYRAMOV

Millitv.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət