Aygün Kazımovanın konsertindən - FOTOLAR

  • 26-04-2017, 14:07
  • sou
  • 234
Aygün Kazımovanın konsertindən - FOTOLAR

Ötən gün paytaxtın ən böyük restoranlarından birində xalq artisti Aygün Kazımovanın konsert proqramı keçirilib. Əvvəlcə konsertin aparıcısı Azər Axşam səhnəyə çıxaraq müğənninin bu görüşə uzun müddət hazırlaşdığını deyib. Aparıcı estrada ulduzunun pərəstişkarlarına sürprizləri olduğunu da bildirib. Daha sonra o səhnəyə A.Kazımovanı dəvət edib. Xalq artisti tamaşaçılar qarşısına "Gələrsən görərsən" mahnısı ilə çıxıb. Onu səhnədə rəqqaslar müşayiət edib.

Millitv.az xəbər verir ki, konsert iki hissədən ibarət olub. Birinci hissədə xanım müğənni öz repertuarından olan hit mahnıları ifa edib. İkinci hissə isə əsasən duetlərlə yadda qalıb. A.Kazımova əvvəlcə müğənni Elçin Cəfərov, sonra isə Elton Hüseynəliyev və Rəhim Rəhimli ilə olan duet mahnıları təqdim ediblər.

Konsertlərini hər zaman yaddaqalan etməyə çalışan müğənni bu dəfə də ənənəsinə sadiq qalıb. A.Kazımova pərəstişkarları arasında müsabiqə keçirib. Müğənninin yaradıcılığına bələd olanlar isə ondan hədiyyələr alıblar.

Gecəsinin sonunda estrada ulduzu daha bir sürprizini təqdim edib. O, yeni "Dola məni qoluna" adlı mahnısını ifa edib. Musiqi parçasının musiqisi isə Faiq Sücəddinov, sözləri Cəlal Qurbanova məxsusdur.

Konsertin səs rejissoru və musiqi rəhbəri Yaşar Baxış idi.
Aygün Kazımovanın konsertindən - FOTOLAR
Aygün Kazımovanın konsertindən - FOTOLAR
Aygün Kazımovanın konsertindən - FOTOLAR
Aygün Kazımovanın konsertindən - FOTOLAR
Aygün Kazımovanın konsertindən - FOTOLAR
Aygün Kazımovanın konsertindən - FOTOLAR
Aygün Kazımovanın konsertindən - FOTOLAR
Aygün Kazımovanın konsertindən - FOTOLAR
Aygün Kazımovanın konsertindən - FOTOLAR

Millitv.az
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət