Dilqəm və Şahbazın səhhətində ciddi problemlər var

  • 24-04-2017, 17:06
  • gundem
  • 174
Dilqəm və Şahbazın səhhətində ciddi problemlər varOnlar üçün beynəlxalq həkimlərin dəvət ediləcəyinə söz verilib.

"Bizdə olan məlumata görə, erməni girovluğundakı azərbaycanlıların səhhətində müəyyən problemlər var". Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, bu məsələ Dövlət Komissiyasının əməkdaşlıq etdiyi beynəlxalq təşkilatla ətraflı müzakirə olunub. Həmin beynəlxalq təşkilat da girovluqda saxlanılan azərbaycanlıların səhhəti ilə bağlı məsələnin araşdırılacağı, hətta beynəlxalq həkimlərin dəvət edilərək onların səhhətlərinin monitorinq ediləcəyi barədə məlumat veriblər.

E.Səmədov girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində işlər görüldüyünü də bildirib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz yaxınlarının məzarlarını ziyarət etmək istəyərkən erməni əsgərləri tərəfindən girov götürülüblər. Onların yanında olan Həsən Həsənov isə öldürülüb. Adıçəkilən şəxslərin üzərində qurulan saxta məhkəmə ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Millitv.az
Oxşar xəbərlər
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət