Ekologiyamız niyə məhv edilir? - ÖZƏL MƏQALƏ

  • 11-04-2017, 12:08
  • gundem
  • 164
Ekologiyamız niyə məhv edilir? - ÖZƏL MƏQALƏ
Ekologiyamız niyə məhv edilir?

Unutmaq olmaz ki, ərazilərdə kəsilməsi qanunla qadağan olunan müxtəlif ağac növləri kəsilir və onlardan məqsədli şəkildə istifadə olunur

Ətraf mühitlə bağlı problemlərinin həlli, zaman-zaman tam əksəriyyəti düşündürən məsələlərdən biri olub. Odur ki, meşə zolaqlarının mühafizəsi ilə bərabər, dağ yamaclarında, düzənlik sahələrində, çay vadilərində əmələ gələn saysız-hesabsız problemlərin aradan qaldırılması, müəyyən ərazilərdə tüğyan edən erroziyanın qarşısının alınması və s. kimi problemlərin həlli də, olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev baş verənlərə xüsusi diqqət yetirdi və aidiyyətı qurumlara problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlarını da verdi.

Onu da vurğulayaq ki, meşə zolaqlarının varlığı hər zaman ictimai həyatımızın yaşadılmasında mühüm rol oynayıb. Xüsusilə də, meşə zolaqlarından istifadə etməklə müəyyən tələbatların ödənilməsi və digər təminolunmaların həyata keçirilməsi, bütövlükdə bu sahəyə yönələn diqqətin artmasına səbəb olub. Hələ məhrum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən "Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir. Belə bir kəlamın işlədilməsi bir daha onu söyləməyə əsas verir ki, xalqımızın Ulu Öndəri həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət yetirmiş və bəlli münasibətini də ortaya qoymuşdur. Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyət illərinin bütün dönəmlərində meşə zolaqlarının qorunmasına, yaşadılmasına xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində lazımi tapşırıqlarını da vermişdir. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması isə, bir daha ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərdi.
Ekologiyamız niyə məhv edilir? - ÖZƏL MƏQALƏ



Ətraf mühitə qarşı ölkə rəhbəri səviyyəsində belə bir münasibətin varlığına baxmayaraq, hal-hazırda respublikamızın əksər meşə təsərrüfatlarına rəhbərlik edən şəxslərin və digər vəzifə sahiblərinin “xeyr-duası” nəticəsində, meşə zolaqları bilərəkdən məhv edilməkdədir. Bu gün daha çox Qubanın, Zaqatalanın, Qəbələnin, Qaxın, Gədəbəyin, Lerikin, Masallının və digər şəhərlərin, rayonların meşə zolaqlarında “yaşıl soyqrım” davam etdirilir ki, bu da gələcəyimiz üçün böyük təhlükələrdən xəbər verir. Onu da unutmaq olmaz ki, ərazilərdə kəsilməsi qanunla qadağan olunan müxtəlif ağac növləri kəsilir və onlardan məqsədli şəkildə istifadə olunur.

Son vaxtlar apardığımız araşdırmalar zamanı müfəssəl məlumatlar da əldə etmişik ki, respublikamızın Göygöl, Daşkəsən, Oğuz, Yardımlı, Şəki, Qazax və digər rayonların meşə təsərrüfatlarına rəhbərlik edən şəxslər, əksər hallarda oxşar addımlarını atmışlar və hər kəs tərəfindən “meşə cəlladı” adı ilə də tanınmışlar. Belə bir səbəblər üzündən də, bir çox media qurumlarında zaman-zaman onlarla bağlı tənqidi məqalələr işıq üzü görsə də, çox təəssüflər olsun ki, vəzifə sahibləri adət etdikləri vərdişlərindən bu gün də əl çəkmirlər. İşıq üzü görən məqalələrdə qol qoyulan qanunsuzluqlarla bərabər, ayrı-ayrı şəxslərin aldadılması, minbir oyun qaydalarına salınması və s. də açıqlanmışdı. Bu cür addımların bölgələrdə deyil, paytax Bakı şəhərində və ətraf ərazilərində atılması, bu günə kimi çoxsaylı narazılıqların əmələ gəlməsinə də səbəb olub. Belə ki, bir tərəfdən ölkə rəhbəri yaşıllıqların qorunması, problemlərin aradan qaldırılması istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən bəzi vəzifə sahibləri verilmiş tapşırıqlara məhəl qoymurlar. Bu cür qanunsuzluqlara qol qoyanların, daha çox tikinti sektoru ilə məşğul olduqları da bildirilir. Məsələn, həmin şəxslər müəyyən yollarla əldə etdikləri çirkli pullar hesabına bəzi icra başçıları ilə işbirliyinə girir və yaşıllıqların olduğu ərazilərə sərəncamlar almaqla, çox keçmir ki, tikinti işlərinə başlayırlar. Xoşagəlməz hal o olur ki, əksər hallarda yaşıllıqlara yaxın ərazilərdə yaşayan sakinlərin haqlı narazılıqları nəzərə alınmır və həmin vəzifə sahiblərinin “yazıb-pozduqları” planlar çox keçmir ki, həllini də tapır.
Ekologiyamız niyə məhv edilir? - ÖZƏL MƏQALƏ

İndi olub keçənlərə diqqət yetirək. Ölkə rəhbəri lazımi tapşırıqlarını verir, yerli vəzifə sahibləri isə verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, görəsən hansı addımlarını atırlar? Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti o məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və onların ailə üzvləri, çox zaman “hərəyə bir ağac əkək” adlı marafon tədbirləri həyata keçirirlər. Atılan addımlar zamanı onminlərlə ağac əkilir, yeni-yeni yaşıllıqlar salınır, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması daim öndə tutulur. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər. Yoxsa zamanı çatmayıb. Odur ki, gələn həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki...

Araşdırmamız davam edəcək.

Rəsafil Bayramov




Millitv.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət