Qarabağ probleminin həllində hərbi ritorika artacaq

Qarabağ probleminin həllində hərbi ritorika artacaq
Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən hansı qüvvələrin qalib gəldiyini nəzər alsaq, deyə bilərik ki, növbəti mərhələdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindəki ritorika sərt, hərbi xarakterli olacaq, atəşkəs mütəmadi olaraq pozulacaq.

Bu barədə Milli.Az-a Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərinin nəticələrini və hadisələrin bundan sonrakı inkişafı perspektivlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, erməni işğalçıları aprel hadisələrinə görə revanş götürməyə çalışacaqlar: "Belə həmlələrin olması gözləniləndir. Əlbəttə ki, Azərbaycan tərəfi də bunu bilir. Azərbaycan ordusu da, siyasətçiləri də buna hazırdırlar. Azərbaycan heç vaxt öz torpaqlarının Ermənistanın işğalı altında qalmasına razılıq verməyəcəkdir. Ermənistanda kimin hakimiyyətdə olmasından, İrəvanda hansı proseslərin baş verməsindən və dünyanın buna münasibətindən asılı olmayaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək".

Millət vəkili Ermənistanda parlament seçkilərindən sonra gözlənilən etiraz dalğasının olması məsələsi ilə bağlı proqnozunu da açıqlayıb: "Etirazlarla bağlı ən yaxşı münasibəti Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan bildirib. O deyib ki, bizim mövqeyimiz bəllidir və tərəfdarlarımızın sayı get-gedə artır. Görünür, irəliləyən dövlərdə biz bu və ya digər şəkildə etiraz nümayişlərinin şahidi olacağıq".
"Zəlzələ" gözlənilir - Qan düşəcək
H.Babaoğlu bundan sonra Ermənistanda kimin paytaxt meri olacağı məsələsinə də toxunub: "Aprelin 9-da seçilmiş parlamentə seçilmiş deputatlara mandatlar paylanacaq. Bundan sonrakı mərhələ İrəvan meriyasına seçkilərdir. Artıq hakim partiya öz namizədini bəyan edib. Bu hazırkı İrəvan meri Taron Markaryandır. Aprelin 12-də namizədlərin irəli sürülməsi mərhələsi başa çatacaq, mayın 14-də isə seçkilər keçiriləcək. Hələlik "Tsarukyan" bloku namizədini irəli sürməyib. Görünür, onların mer vəzifəsi ilə bağlı ciddi siyasi iddiası yoxdur. Lakin söhbət gəzirdi ki, İrəvan meri sabiq mer deyil, baş nazir Karen Karapetyanın irəli sürdüyü namizəd olacaq. Bir növ Karapetyan bununla özünün gələcək komandasını formalaşdıracaq. Hazırda prezident Sarkisyanın varisi hesab olunan Karapetyandan bir reformator obrazı düzəltməyə çalışırlar.
"Ermənistanda prezident dəyişikliyi gözlənilir"
Lakin biz parlament seçkilərində Sarkisyan-Karapeyan ittifaqında faktiki olaraq parçalanma görmədik. Ona görə də görünür, İrəvan meri elə hakim partiyanın nümayəndəsi olacaq".
Qeyd edək ki, Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, hakim Respublika pariyası 49,12%, "Tsaruksyan" bloku 27,32 %, "Yelk"("Çıxış") bloku 7,77%, Erməni İnqilab Federasiyası "Daşnaksutyun" isə 6,57 % səs "toplayıb".

Bu nəticələrə əsasən, parlamentdəki 105 deputat mandatından 58-i Respublika partiyasına, 31-i "Tsarukyan" blokuna, 9-u "Çıxış" blokuna, 7-si isə "Daşnaksutyun"a qismət olacaq.

Qeyd edək ki, Ermənistanda 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra keçirilən bu seçkilər prezident üsul idarəsindən parlament idarə üsuluna keçid addımı hesab olunur. Proporsional sistem əsasında formalaşan 107 deputatlıq parlament bundan sonra 7 illiyə prezidenti seçəcəklər. Prezident isə yeni konstitusiyaya görə, parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi blokun namizədini baş nazir təyin etməlidir. Lakin bundan sonra əsas səlahiyyətləri prezidentin yox, məhz baş nazirin əlində cəmləşəcək. Prezident isə daha çox simvolik fiqur olacaq.

Millitv.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət