Qubada məktəbdə dava düşdü

  • 7-04-2017, 19:40
  • ---
  • 89
Qubada məktəbdə dava düşdü
Qubada dərs vaxtı məktəbə daxil olan şəxs şagirdi döyərək xəsarət yetirib.

Millitv.az Report-a istinadən xəbər verir ki, hadisə Quba rayonunun Xınalıq kəndində, Rüfət Kəlbiyev adına Xınalıq kənd internat tam orta məktəbində baş verib.

Belə ki, kənd sakini Əkbərov Əfqan Elxan oğlu məktəbə gələrək icazəsiz sinif otağına daxil olub və 17 yaşlı şagird Məhəmməd İsmayılovun üstünə qışqıraraq ayağa durmasını tələb edib.

O, şagirdi təpiklə vurmaq istəyərkən M.İsmayılov onun ayağından tutub və yerə yıxıb. Ə.Əkbərov ayağa durub və Məhəmmədin boğazından yapışaraq boğmağa başlayıb.

Bu zaman məktəbin direktoru Yunis Dəmirov içəri daxil olub. Məktəb direktoru M.İsmayılovu Ə.Əkbərovun əlindən almaq istəsə də, gücü çatmayıb. Səs-küyə digər müəllimlər də gəlib, güclə Məhəmmədi Əfqanın əlindən alıblar.

Boğulma nəticəsində şagirdin vəziyyəti pisləşib və huşunu itirib.

Məhəmmədin valideynləri hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Millitv.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət