Əməkdar artistin səhhətində problem yaranıb

  • 4-04-2017, 16:04
  • ---
  • 171
Əməkdar artistin səhhətində problem yaranıb
Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası, Əməkdar artist Ulduzə Nəsirovanın səhhətində ciddi problem yaranıb.

Millitv.az-ın ölkə.az-a istinadən məlumatına görə, aktrisanın teatrda həmkarları ilə və digər əməkdaşlarla yola getmədiyi, hətta onun ruhi əsəb dispanserinə yerləşdirildiyi iddia edilir.

Teatrın direktoru İslam Həsənov Əməkdar artistin əsəblərinin yerində olmadığını, sonuncu dəfə iki gün əvvəl teatra gəldiyini deyib:

“Arabir teatra gəlir, tamaşaları olanda oynayır. Əməkdaşlarla, aktyorlarla heç bir problemi yoxdur. Amma qonşularını özünə düşmən bilir. Əsəbləri pozulub. Bir qızı var, o da Türkiyədə yaşayır. Mən özüm də ona baş çəkirəm”.

Qeyd edək ki, Ulduzə Nəsirova 1956-cı ildə anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyoru fakültəsinə qəbul olunub. 1984-cü ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 2008-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Millitv.az
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət