Həmkarımızın nəvəsinin ad gününü təbrik edirik

Həmkarımızın nəvəsinin ad gününü təbrik edirik


Həmkarımız Rəsafil Bayramovun nəvəsi Şirin,şəkər balamız Binəqədi rayonu 217 saylı tam orta məktəbin 2-f sinif şagirdi Bayramov Elşən Rövşən oğlunun 8 yaşı tamam olması münasibəti ilə babası Rəsafil müəllim,nənəsi Elmira və Sahilə xanımlar,atası Rövşən,anası Aysel xanım,əmisi Tərlan,bibisi Zülfiyyə xanım və bütün qohumlar təbrik edirlər.Ona qaynar bulağın saf,təmiz suları qədər xoşbəxtlik arzulayırlar.

Bu təbrikə başda sinif rəhbəri Kəmalə xanım olmaqla,sinif yoldaşları və “Son Söz” ictimai-siyasi hüquq qəzetin və Millitv.az informasiya xəbər portalının kollektivi də qoşulur.Elşənə ad günündə ömrünün çiçək kimi ətirli və təravətli olmasını,dövlətimizə layiqli oğul kimi böyüməsini arzulayırlar.

Sinən dalğa üçün qoy olsun qaya
Çeşməli bulaq tək sən qayna,çağla
Qoy mərdliyin sənin, bir ibrət olsun
Sənin doğum günün mübarək olsun.
Sən oğulsan, vətənə bir əsgərsən
İgid kimi vətənimə gərəksən.
Həm şirinsən,həm arzusan,diləksən
Sənin doğum günün mübarək olsun.



Millitv.az
Oxşar xəbərlər
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət