Qızının ölümündə özünü günahkar bilən ata intihar edib

Qızının ölümündə özünü günahkar bilən ata intihar edib


Bərdə rayonunda qızının ölümündə özünü günahkar bilən ata intihar edib.

Millitv.az-ın Report-a istinadən xəbərinə görə, hadisə rayonun Mehtili kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Həsən İbrahimov özünü yaşadığı evin həyətində asaraq öldürüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, martın 18-i H.İbrahimovun qızı 1994-cü il təvəllüdlü Bahar Həsən qızı İbrahimova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. H.İbrahimov qızının ölümündə özünü günahkar bilib, hadisənin də bu səbəbdən baş verdiyi ehtimal edilir.

Millitv.az
Oxşar xəbərlər
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət