Kənd təsərrüfatında Su Meliorasiya təsərrüfatı sahəsinin rolu

Kənd təsərrüfatında Su Meliorasiya təsərrüfatı sahəsinin rolu
Bu gün cəmiyyətimizin, ölkəmizin yeni mərhələyə keçidində kənd təsərrüfatı sahəsinin əhəmiyyətli rolunun olması hər birimizə gün kimi aydındır. Kənd təsərrüfatının inkişafı üçün ölkə rəhbərinin qarşıya qoyduğu əsas məqsəd həm dövlətimizin, həm də xalqımızın rifahının yaxşılaşması amilidir.

Zaman-zaman kənd təsərrüfatı sahəsinin inkişafında Su Meliorasiya sahəsinin rolu əsaslı dərəcədə artmaqdadır. Son zhamanlar Su Meliorasiya sahəsindəki yeniliklər ölkəmizin kənd təsərrüfatındakı inkişafında özünü qabarıq dərəcədə göstərir. Yəni əvvəlki vaxtlarda suvarma sistemi torpağın üzərində bəndlər yaradılaraq aparılırdısa, indi aparılan islahatlar çərçivəsində yeni texnologiya bizim də ölkəmizdə tətbiq edilir.

Su Meliorasiya sahəsinəki inkişafın əsas mahiyyəti də kənd təsərrüfatının inkişafına və suvarma torpaqlarının şoranlaşmasının qarşısı hal-hazırki texnologiyanın köməyi ilə alınır. Hətta suyun qənaətlə istifadəsi yeni texnologiya sahəsində mümkündür. İndiki fermerlər su sarıdan korluq çəkən ərazilərdə az su ilə hektarlarla torpaq sahəsini suvarırlar. İndiki suvarma sistemləri həm vaxt itkisini, həm də su itkisinin qarşısını almaqda fermerlərə çox böyük kömsəkliyi dəyir. Bütün bu yaradılan şərait ölkəmizdə Su Meliorasiya şəbəkəsinin inkişafından xəbər verir. Dəfələrlə keçirilən görüşlərdə fermerlər etiraf ediblər ki, yeni suvarma texnologiyası sayəsində suvarılan əkin sahələrində məhsuldarlıq artır.
Kənd təsərrüfatında Su Meliorasiya təsərrüfatı sahəsinin rolu
Çünki əvvəlki vaxtlarda taxıl sahələrinin suvarılması bəndlərlə suvarılırdı ki, bu da səpilən taxılın müəyyən hissəsinin yuyulub axmasına və sahələrdə qalan suyun altındakı toxumların çürüməsinə gətirib çıxarırdı. Belə olduğu halda sözsüz ki, məhsuldarlıq aşağı düşürdü. İndi isə demək olar ki, ölkəmizə gətirilən yeni suvarma sistemləri həm suvarma işinin yüngülləşməsinə, həm də keyfiyyətli çiləmə üsulu ilə həyata keçirilir. Bu üsul həm əkin sahələrinin bərabər suvarılmasında və həmçinin torpağın həddən ziyadə suvarılmamasında öz rolunu göstərir.

Bu tətbiq olunmuş suvarma sitemləri həm məhsuldarlığı artırır, həmçinin də torpağın artıq şoranlaşmasına imkan vermir. Gələcəkdə bu meliorasiya sahəsinin inkişafı üçün ölkə başçısı bu sahəyə məsul olan dövlət qurumlarının qarşısına tələb qoyub. İnkişafda olan Su Meliorasiya Təsərrüfat Birliyi qarşıda qoyulan tələblərin öhdəsindən gəlməsi üçün var gücləri ilə çalışmağa hazır olmalıdırlar. Çünki bu tələbin ölkəmizdə yeni yaradılmış ərzaq təminatı məsələsində əhəmiyyətli dərəcədə özünü göstərəcək. Çünki ərzaq təminatı məsələsində Su Meliorasiya təsərrüfat sahəsinin rolu da əhəmiyyətli dərəcədədir.

Millitv.az Sosial Təhlil Şöbəsi


Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət