“WhatsApp”dan maraqlı yenilik

“WhatsApp”dan maraqlı yenilik



Dünyanın ən məşhur mesajlaşma platforması olan “WhatsApp” maraqlı yenilik edir.

Millitv.azxəbər verir ki, hazırda SMS-i “öldürən” mesajlaşma tətbiqləri, artıq internet qoşulması vasitəsilə ödənişsiz olaraq münasibət qurmağınıza şərait yaradır.

Bunun ən məşhur nümunəsi olan “WhatsApp” isə inkişafa davam edərək artıq pul qazanmaq niyyətindədir.

Daha əvvəl illik 0,50 AZN kimi bir ödəniş alan “WhatsApp” aldığı qərar ilə tamamilə ödənişsiz sistemə keçid etmişdi.

Beləliklə, tətbiqdən gələn gəlirlərin qarşısını kəsən “WhatsApp” buna məntiqli bir həll üsulu tapıb.

“WhatsApp for Business” adlı bir sistem üzərində işləyən komanda şirkətlər üçün xüsusi “WhatsApp” sistemi hazırlayaraq şirkətlərin müştəriləri ilə e-mail yerinə saniyələr içində mesajlaşmasına şərait yaradacaq.

Yəni, müştəri xidmətlərinə “WhatsApp” üzərindən də çata biləcəyiniz bu sistem, əlbəttə ki, şirkətlərə müəyyən bir ödəniş qarşılığında təqdim ediləcək.

Hazırda, xüsusilə, çatdırılma təklif edən bir neçə restoran, ticarət obyekti kimi bir çox nöqtədə müəyyən bir telefon nömrəsi üzərindən “WhatsApp” ilə əlaqə saxladığınız müştəri xidmətləri beləcə daha əlverişli hala gələcək.

Fərqli bir interfeys və bir neçə telefon üzərindən istifadə kimi detallar təklif edərək tam bir müştəri xidmətləri tətbiqi meydana gətirəcəyi gözlənilən “WhatsApp”, sadəcə fərdi istifadə üçün deyil, beləcə şirkətlər üçün də e-mail və “Skype” kimi servislərin qarşısına keçməyi hədəfləyir.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət