Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq

Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq



2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq.

Millitv.az xəbər verir ki, bu barədə Report-a 25 yaşlı idmançının özü məlumat verib.

T.Əsgərov bildirib ki, əməliyyat bir həftə sonraya planlaşdırılıb:

“Boynumda yırtıq var. Bir neçə gündən sonra əməliyyat olunmaq üçün Almaniyaya getməliyəm. Bu zədə ilə futbol oynamaq olar, amma güləşmək mümkün deyil. Çünki əzilir, dartılır”.

Qeyd edək ki, Toğrul Əsgərov zədə üzündən mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmayacaq.

Millitv.az
Oxşar xəbərlər
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət